AZ

Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyə Prezident Ərdoğan “İqtisadi Missiya” proqramı çərçivəsində Türkiyəyə gələn Kraliça Matilda ilə bir araya gəlib.

Sherg.az xəbər verir ki, görüşdə Prezident Ərdoğanın xanımı Əminə Ərdoğanla yanaşı, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri, səfir Akif Çağatay Kılıç da iştirak edib.

Görüş zamanı Türkiyə ilə Belçika arasındakı ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub. Prezident Ərdoğan bildirib ki, Türkiyə və Belçikanın ticarət əlaqələrindən müdafiə sənayesinə, energetikadan kənd təsərrüfatına qədər bir çox sahədə əməkdaşlıq potensialı var və münasibətlərin inkişafı üçün addımlar atılmağa davam ediləcək.

Prezident qeyd edib ki, bölgədə baş verən son hadisələr Türkiyə–Avropa Birliyi münasibətlərinin geosiyasi əhəmiyyətini bir daha ortaya qoyur. O vurğulayıb ki, tam üzvlüyə qədər olan müddətdə təcili şəkildə irəliləyiş əldə edilməli sahələrin başında Gömrük Birliyinin yeni şərtlərə uyğun yenilənməsi gəlir. Həmçinin Türkiyənin Aİ-nin müdafiə təşəbbüslərində iştirakının qarşılıqlı maraqlara uyğun olduğu ifadə edilib.

Prezident Ərdoğan Türkiyənin beynəlxalq arenada ön plana çıxan diplomatik təşəbbüslərinə də toxunaraq bildirib ki, bu ilin 7-8 iyul tarixlərində Ankarada NATO Liderlər Zirvəsi, 9-20 noyabr tarixlərində isə COP31 tədbiri keçiriləcək.

Ərdoğan əlavə edib ki, Belçika ilə mühüm əməkdaşlıq istiqamətlərindən biri də yaşıl enerji keçididir və Türkiyənin bərpaolunan enerji üzrə quraşdırılmış gücü Avropada ön sıralarda yer alır.

Prezident görüş zamanı Kraliça Matildanın türk iş dünyası nümayəndələri ilə təmaslarının konkret nəticələr verməsini arzuladığını da dilə gətirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
sherg.az

1Mənbələr