AZ

İki güləşçimiz AÇ-nin yarımfinalında

Yunan-Roma güləşi üzrə U-17 millimizin üzvləri Bolqarıstanın Samakov şəhərində keçirilən Avropa çempionatında növbəti görüşlərini keçiriblər.

"Football-plus.az" xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən Zəka Yusubov 1/4 finalda Ukrayna təmsilçisi Danyil Melniçuka 3:4 hesabı ilə məğlub olub.

65 kq-da mübarizə aparan Orxan Həbibli də 1/4 final mərhələsində rusiyalı Aslan Dzuevə 4:8 hesabı ilə uduzub.

55 kq çəki dərəcəsində yarışan Qurban Məcnunov isə uğurlu çıxışı ilə diqqət çəkib. Güləşçimiz 1/4 finalda ukraynalı Raxman Qamidov üzərində tam üstünlüklü qələbə qazanıb - 11:2.

Bu nəticə ilə o, yarımfinal mərhələsinə yüksəlib.

Bundan əvvəl Ömər Salmanov (48 kq) da yarımfinala vəsiqə əldə etmişdi.

Qeyd edək ki, yunan-Roma güləşçimiz Ömər Salmanov (48 kq) Bolqarıstanın Samakov şəhərində keçirilən U-17 Avropa çempionatının yarımfinalında Macarıstan təmsilçisi Benedek Tomborla qarşılaşacaq.

Digər təmsilçimiz Qurban Məcnunov (55 kq) isə yarımfinal mərhələsində norveçli Abu Bakar Saqa ilə üz-üzə gələcək.

U-17 Avropa çempionatının yarımfinal görüşləri Bakı vaxtı ilə saat 19.00-da başlayacaq. Yarış mayın 17-də başa çatacaq.

Seçilən
21
1
football-plus.az

2Mənbələr