AZ

Ərdoğan Belçika Kraliçasına: Təcili həll edilməlidir

BAKI, 11 may. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərin geosiyasi baxımdan vacib olduğunu bildirib.

Teleqraf xəbər verir ki, dövlət başçısı Türkiyənin Aİ müdafiə təşəbbüslərində iştirakının ortaq maraqlara uyğun olduğunu da deyib.

Ərdoğan İstanbulda Belçika Kraliçası Matilda ilə görüşdə qeyd edib:

“Bölgəmizdə baş verən son hadisələr Türkiyə ilə Aİ arasındakı münasibətlərin geosiyasi əhəmiyyətini bir daha nümayiş etdirdi. Gömrük İttifaqının yeni şərtlərə uyğun olaraq yenilənməsi Türkiyənin Aİ-yə tam üzvlüyünə qədər olan dövrdə təcili həll tələb edən prioritet vəzifələr arasındadır və Aİ-nin müdafiə təşəbbüslərində iştirakımız ortaq maraqlarımıza uyğundur”.

Seçilən
30
teleqraf.com

1Mənbələr