AZ

Bu ölkədə qızılca tüğyan edir

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Banqladeşdə qızılca ilə əlaqəli uşaq ölümləri sürətlə artır.

"Cebheinfo.az" xəbər verir ki, ölkədə yayımlanan Daily Star qəzetinin məlumatına görə, Banqladeş Səhiyyə Nazirliyinə bağlı Səhiyyə Xidmətləri Baş İdarəsi son 24 saat ərzində qızılca diaqnozu təsdiqlənən və ya xəstəlik əlamətləri göstərən 11 uşağın həyatını itirdiyini açıqlayıb.

Bildirilib ki, ölən uşaqlardan 4-də qızılca təsdiqlənib, 7-si isə şübhəli yoluxma halı kimi qeydə alınıb.

Qeyd olunub ki, martın 15-dən bu yana qızılca və ya qızılcaya bənzər simptomlar səbəbilə həyatını itirən uşaqların sayı 409-a yüksəlib.

Banqladeş hökuməti aprelin 7-də qızılca şübhəsi ilə çox sayda uşağın ölümündən sonra təcili peyvənd kampaniyasına başlanmasına qərar vermişdi.

Sətəlcəm və ensefalopatiyaya səbəb ola bilən qızılca dünya üzrə peyvəndlə qarşısı alına bilən ölüm səbəbləri arasında əsas yerlərdən birini tutmağa davam edir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
cebheinfo.az

2Mənbələr