AZ

Paşinyan bu məsələlərlə bağlı referendum istəmir

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Avropa İttifaqı və ya Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalması ilə bağlı hazırda referendum keçirilməsinə ehtiyac görmədiyini bildirib.

Modern.az xəbər verir ki, Paşinyan bu barədə İrəvanda seçkiqabağı kampaniyadan sonra jurnalistlərə açıqlamasında danışıb.

O qeyd edib ki, belə bir referendum yalnız obyektiv zərurət yaranacağı halda keçirilə bilər:

“Hazırda bunu referenduma çıxarmağı planlaşdırmırıq. Obyektiv ehtiyac yaranacağı zaman belə addım atılacaq”.

Paşinyan vurğulayıb ki, məsələ siyasi zövq yox, transformasiya məsələsidir. Bununla yanaşı, Ermənistanın hələlik Aİİ-dən çıxmaq niyyətinin olmadığını deyib.

Ermənistan baş naziri dövlətlərarası münasibətlərin şəxsi münasibətlərlə müqayisə edilməsinin doğru olmadığını da bildirib:

“Dövlətlərarası münasibətləri ailə münasibətləri ilə qarışdırmaq olmaz. Burada tamamilə fərqli məntiq var”.

Paşinyan əlavə edib ki, Ermənistan həm Aİİ üzvlərinə, həm də təşkilatdakı iştirakına hörmətlə yanaşır və İrəvanın Rusiya ilə münasibətləri pozmaq niyyəti yoxdur.

O, Rusiya Prezidenti Vladimir Putinlə çoxsaylı işgüzar müzakirələr apardığını, hətta ən kəskin məsələlərin belə sakit şəkildə həll edildiyini qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
modern.az

1Mənbələr