AZ

Ruhi Çenet də hantavirusa yoluxub?

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məşhur yutuber Ruhi Çenetin hantavirus testinin müsbət çıxması barədə iddialar yayılıb. Sosial şəbəkələrdə onun karantinə alındığı bildirilir. Bu məlumat qısa müddətdə geniş müzakirələrə səbəb olub.Demokrat.az xəbər verir ki, Anadolu Agentliyi iddiaların doğruluğunu yoxlamaq üçün Ruhi Çenetlə əlaqə saxlayıb. Çenet test nəticəsinin müsbət olması xəbərlərini təkzib edib. O, hantavirus aşkarlanan gəmini hələ aprelin 24-də tərk etdiyini bildirib. Hazırda səhhətində hər hansı narahatlıq yoxdur. Səhiyyə Nazirliyinin koordinasiyası ilə analiz verdiyini deyən Çenet detallı testlərin nəticəsini gözləyir. Sosial şəbəkələrdə paylaşılan iddiaların heç bir hüquqi və tibbi əsası yoxdur.Qeyd edək ki, Argentinadan yola düşən "MV Hondius" gəmisində hantavirus faktı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı gəmidə 8 sərnişində virusun tapıldığını təsdiqləyib. Virusa yoluxanlardan 3 nəfər vəfat edib.Ruhi Çenet də həmin gəmidə olan sərnişinlərdən biri idi. Gəmini tərk edərkən ondan götürülən ilk qan nümunələrində neqativ nəticə qeydə alınıb.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
demokrat.az

1Mənbələr