AZ

Paşinyan metrodan keçə bilmədi, mer kömək etdi - Video

İrəvanda yeni ödəniş sisteminin təqdimatı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan çətin vəziyyətlə üzləşib.

Publika.az “Hraparak”a istinadən xəbər verir ki, Paşinyan paytaxt meri Tiqran Avinyanla birlikdə metroda yeni sistemi nümayiş etdirərkən bank kartı ilə ödəniş etməyə çalışsa da, validator əməliyyatı bir neçə dəfə rədd edib.

Baş nazir əvvəlcə problemin səbəbi ilə maraqlanıb, daha sonra isə kartı cihazın düzgün hissəsinə yaxınlaşdırmadığını ehtimal edib. Lakin təkrar cəhd də nəticəsiz qalıb.

Tiqran Avinyan mobil telefonunu terminala yaxınlaşdıraraq onun metrodan keçməsinə kömək edib.

Seçilən
38
publika.az

1Mənbələr