AZ

Rza Talıbovun yeni görüntüləri YAYILDI – Məşhur sənətçi ilə -FOTO

Aktyor Elşən Orucov  sosial şəbəkə hesablarında generalla fotosunu paylaşaraq onu təbrik edib.

KONKRET.az oxu24com-a istinadən xəbər verir ki, “Fəlakət” obrazı ilə məşhurlaşan aktyor  general Rza Talıbovla fotosunu paylaşaraq onun doğum gününü təbrik edib.

Qeyd edək ki,R.Talıbov Dövlət Miqrasiya Xidməti,Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviridir.

O,Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin  sabbiq sədri Vasif Talıbovun oğludur.

Xatırladaq ki,Rza Talıbov 10 may 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.1999-cu ildə Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbini bitirib.

2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib.

2003–2004-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçib.

2007-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində referent vəzifəsində işə başlayıb.

2009-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının qərarı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2010-cu ildə öz arzusu ilə Xarici İşlər Nazirliyindən ayrılaraq, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi çalışmağa başlayıb.

2013-cü ildə Böyük Britaniyanın Oksford Universiteti, SAID Biznes məktəbinin Gücləndirilmiş İdarəetmə proqramını bitirib. 2014-cü ildə Böyük Britaniyanın Anglia Ruskin Universitetinin magistr dərəcəsinə layiq görülüb.

2015-ci ildə dosent elmi adını alıb. Həmin ildən Dövlət Miqrasiya Xidmətində fəaliyyətə başlamış və hazırda Vətəndaşlıq məsələləri Baş idarəsinin rəisi vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2018-ci il tarixli fərmanı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Seçilən
28
7
konkret.az

8Mənbələr