AZ

Simonyandan etiraf: “Ermənistan kiçikdir, bunu etməməlidir”

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Mən hesab etmirəm ki, Ermənistan hər hansı hərbi blokun tərkibində olmalıdır”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Milli Məclisinin sədri Alen Simonyan “Deutsche Welle”yə verdiyi müsahibəsində belə deyib. 

“Ölkəmizin harada yerləşdiyini və onun imkanlarının nədən ibarət olduğunu nəzərə alsaq, Ermənistanın rolu neytral olmalıdır. Ermənistan kiçikdir. O, hər iki tərəf üçün sövdələşmə predmeti olacaq.

Mən istəmirəm ki, mənim ölkəm Rusiya, Brüssel, Amerika Birləşmiş Ştatları və ya hər hansı digər tərəf üçün sövdələşmə predmeti olsun.

Ermənistan İran, Azərbaycan, Türkiyə və Gürcüstanın qonşuluğunda yerləşir. O, dörd tərəfdən qapalıdır. Bizim dənizə çıxışımız yoxdur”, - deyə Simonyan bildirib.

“Biz keçmişin səhvlərini təkrar etməməliyik”, - deyə Ermənistan parlamentinin rəhbəri bildirib.

Qeyd edək ki, Alen Simonyan bununla çox güman ki, perspektivdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağına işarə edib.

Sadəcə olaraq, hazırda Ermənistanda parlament seçkilərinə hazırlıq dövrü olduğuna görə, rsəmi İrəvan Rusiyanın siyasi təzyiqlərini nəzərə alaraq, bu məsələni qabartmır.

Seçkilərdən sonra Ermənistan rəhbərliyinin bu barədə daha açıq danışacağı gözlənilir. Digər tərəfdən, Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsi imzalanana qədər KTMT-də qalmağı çəkindirici və və müdafiə amili kimi istifadə etməyə çalışır.

Bu ilin sonuna qədər sülh sazişinin imzalanacağı proqnozlaşdırılır ki, bu da Ermənistanın KTMT-dən çıxması üçün ciddi arqumentə çevrilə bilər. 

Simonyanın açıqlamasını yeni konstitutiyasada  Ermənistanın bloklara qoşulmayan ölkə kimi təsbit ediləcəyi kimi şərh etmək olar. Bu halda, KTMT sıralarında qalmaq Ermənistan konstitusiyasına zidd hesab ediləcək.

Nəticədə, Paşinyan hakimiyyəti alyansdan çıxmaq üçün müraciət edə bilər. Lakin bu prosesi qısa müddətdə həyata keçirmək mümkün deyil. KTMT nizamnaməsinin 19-cu maddəsinə görə üzvlükdən çıxan dövlət 6 ay öncə depozitariyə müraciət etməli və bu barədə təşkilatın ali orqanı olan Şura qərar çıxartmalıdır. 

Alen Simonyanın açıqlaması həm də Rusiya prezidenti Vladimir Putinin Ermənistana Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında referendum yolu ilə seçim etmək çağırışına cavab kimi başa düşülə bilər.

Bununla da spiker Ermənistanın artıq Rusiyanın liderlik etdiyi təşkilatlarda yer almaq istəmədiyinə dair mesaj verir. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr