AZ

"Barselona" Fliklə razılıq əldə etdi

style='margin-bottom:10px;'>

"Barcelona" baş məşqçisi Hans-Diter Fliklə yeni müqavilə ilə bağlı razılıq əldə edib.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, yeni sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Müqavilədə daha bir illik - 2029-cu ilə qədər uzadılma bəndi də yer alıb.

Qeyd olunub ki, tərəflər bir neçə həftə əvvəl şifahi razılığa gəlmişdi. Məşqçinin agenti Pini Zahavi ilə klub rəhbərliyi arasında aparılan danışıqlar uğurla yekunlaşıb.

Xatırladaq ki, ötən gün komandası İspaniya çempionu olan almaniyalı mütəxəssisin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Rəsmi açıqlamanın isə daha sonra veriləcəyi bildirilib.

Seçilən
14
1
teleqraf.com

2Mənbələr