Azərbaycan təmsilçiləri Türkiyənin Marmaris şəhərində yelkən idmanı üzrə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər.
Azərbaycan Avarçəkmə Federasiyasından verilən məlumata görə, Azərbaycanı "Xəzər" Yelkən Qayıqları İdman Klubu təmsil edib.
Komanda turnirdə 8 nəfərlik heyətlə çıxış edib.
Reqatanın yekun nəticələrinə əsasən, Azərbaycan komandası ümumi sıralamada 8-ci yeri tutub.
"Cebheinfo.az"