AZ

Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı apreldə kəskin azalıb

Bu ilin yanvar-aprel aylarında dövlət qurumlarının 303 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb.

"Far.Az"un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 % azdır.

Təkcə apreldə isə 75 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 3,3 dəfə azdır.

2025-ci ildə dövlət qurumlarının 1 264 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2024-cü illə müqayisədə 47,5 % çoxdur.

Seçilən
68
far.az

1Mənbələr