Türkiyənin 33 vilayətində dələduzlara qarşı əməliyyat keçirilib və cinayət yolu ilə 8,7 milyard lirə (191 milyon 714 min dollar) əldə edildiyi aşkarlanıb.
"Far.Az" xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek "X" sosial şəbəkə hesabında yazıb.
"8,7 milyard TL-lik nəhəng bir cinayət gəlirinin aşkar edildiyi bu əməliyyat çərçivəsində bütün təqsirkarlar barəsində lazımi hüquqi tədbirlər həssaslıqla davam etdirilir", A. Gürlek bildirib.
Qeyd edək ki, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, eləcə də Xəzinə və Maliyyə Nazirliyinin birgə əməliyyatından sonra oxşar tədbirlər davam etdirilir.
Adalet, İçişleri ile Hazine ve Maliye Bakanlıklarımızın omuz omuza, tam bir eş güdüm içinde yürüttüğü çalışmalar; suç odaklarının nefesini kesmeye devam ediyor. Kurumlarımızın ortaya koyduğu bu güçlü irade, suçla mücadelemizdeki en büyük dayanağımızdır.
— Akın Gürlek (@abakingurlek) May 11, 2026
Eskişehir Cumhuriyet…