Azərbaycan ilə Küveyt arasında mövcud əməkdaşlıq sahələri ətrafında fikir mübadiləsi aparılıb.
Bu barədə Azərbaycanın Küveytdəki səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Küveytin neft naziri Tareq Suleyman Əhməd Əl-Rouminin Azərbaycanın Küveytdəki səfiri Emil Kərimovla görüşündə ölkələr arasında müxtəlif əməkdaşlıq sahələri ətrafında fikir mübadiləsi aparılıb", - paylaşımda bildirilib.
"Cebheinfo.az"