AZ

Goranboyda mübahisə bıçaqlanma ilə nəticələnib

Goranboyda əmi oğlanları arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sarovlu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Bayram Mürsəlli bud nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, Sarovlu kənd sakinləri — 2002-ci il təvəllüdlü K.Mürsəlli ilə əmisi oğlu, 1994-cü il təvəllüdlü B.Mürsəlli arasında mübahisə yaranıb. Münaqişə zamanı K.Mürsəlli əmisi oğluna bud nahiyəsindən bıçaq xəsarəti yetirib.

Hadisənin başvermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

Seçilən
65
12
apa.az

10Mənbələr