AZ

Heydər Əliyev haqda... lütfən, o adamların adlarını çəkin...



"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində maraqlı paylaşım edib.

Paylaşımda deyilir:

“93-cü ilin iyununda Naxçıvandan Bakıya qayıtdıqdan sonra Heydər Əliyevin müdafiəsinə məqalə, kitab yazmağa, odlu-alovlu tele- radio çıxışları etməyə nə var ki?!...Oğul o adamlara deyirəm ki, Heydər Əliyev hələ Naxçıvandaikən təqib olunduğu ağır vaxtlarda bunu edirdilər. Daha bir çoxları kimi (indi qızıl xumlarının dibində yatırlar) oturub "suyun şırıltısına qulaq asmırdılar ki, görək kim kimi məhv edəcək... Heydər Əliyev hakimiyyətə gələcək" yükünü dağın başına qoyandan "sonra saysız" qəhrəmanlar", "dil pəhləvanları" ortaya çıxdı...

Heydər Əliyev haqda sözünü ən ağır zamanlarda açıq deyən və yazanlardan kimləri tanıyırsınızsa, lütfən, adlarını çəkin, qoy millət görsün, o zamanın fədakarlarını da, bu günlərin "xalturşiklərini" də bir daha tanısın…”

Tahir TAĞIYEV

Seçilən
22
baki-xeber.com

1Mənbələr