AZ

Laçında kanat yolu 2026 cı ilin sonunadək istifadəyə veriləcək VİDEO

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Laçın şəhərində kanat yolu layihəsi üzrə işlər sürətlə davam etdirilir.Bizim.Media xəbər verir ki, şəhərin Bulvar ərazisində yerləşən kanat yolu iki hissədən ibarət olacaq.

 

Layihəyə əsasən, kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr təşkil edəcək. Hərəkət müddəti 6 dəqiqə olacaq.

Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət göstərə biləcək.Qeyd edək ki, kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi hazırda həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.Kanat yolunun 2026-cı ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
1
bizim.media

2Mənbələr