AZ

Zelenskinin yaxın çevrəsində şok: Yermaka qarşı rəsmi ittiham - FOTO

Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) keçmiş Prezident Ofisi rəhbəri Andrey Yermaka qarşı rəsmi ittiham irəli sürüldüyünü açıqlayıb.

Musavat.com xəbər verir ki, iş Kiyev yaxınlığında elit yaşayış kompleksinin tikintisi və təxminən 10,5 milyon dolların yuyulması ittihamları ilə bağlıdır.

Bundan əvvəl NABU Yermak plenkaları adlandırılan materialları yayımlamışdı. Həmin yazılarda Yermak “R2” kod adı ilə göstərilir və 2021-ci ildə, eləcə də 2022-ci ilin əvvəlində dizaynerlə malikanənin quruluşunu müzakirə etdiyi iddia olunur. 

7952d6c7-2147-417b-89d1-4fee0adb6962.jpg

İstintaq versiyasına görə, tikinti prosesi zamanı 460 milyon qrivna leqallaşdırılıb. Layihəyə həmin dövrdə icmalar və ərazilərin inkişafı naziri olmuş Aleksey Çernışovun nəzarət etdiyi bildirilir. Materiallarda o, Çe Gevara kod adı ilə qeyd olunur. Bildirilir ki, Çernışovun həyat yoldaşı tikinti şirkətində pay sahibidir.

Yermak isə Kiyev yaxınlığında elit kottecə sahib olması ilə bağlı iddiaları rədd edib.

Mənim yalnız bir mənzilim və bir maşınım var, bunu gördünüz, - deyə o bildirib.

Keçmiş Prezident Aparatı rəhbəri istintaq başa çatana qədər ətraflı açıqlama verməkdən imtina edib.

 

Musavat.com

Seçilən
87
musavat.com

1Mənbələr