AZ

Kallas Rusiya ilə mümkün danışıqlarda Aİ-ni təmsil edə bilər

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya ilə mümkün danışıqlarda Aİ-ni təmsil edə biləcəyini istisna etməyib.

Musavat.com xəbər verir ki, Kallas bununla bağlı açıqlamasında hələlik Moskvanın real danışıqlara hazır görünmədiyini bildirib.

Onun sözlərinə görə, Rusiya hazırda maksimalist tələblər irəli sürür və bu səbəbdən tərəflər hələ danışıqlar mərhələsinə çatmayıblar.

Kallas qeyd edib ki, buna baxmayaraq, gələcəkdə mümkün təmaslar zamanı Avropa İttifaqının nümayəndəsi qismində iştirak edə bilər.

 

Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr