AZ

Lamin Yamal “Real”ın ulduzuna o sözləri belə xatırlatdı

Lamin Yamal ötən payız “el klasiko”dan əvvəl bir neçə təxribatçı açıqlama vermişdi.

Publika.az xəbər verir ki, həmin vaxt “Real” “Barselona”nı 2-1 hesabı ilə məğlub etdi, Yamal isə zəif oyun göstərdi. Final fitindən sonra Lamin gözlənildiyi kimi cavab aldı. Bellinqem Yamalın oyun öncəsi açıqlamalarına reaksiya verərək, sosial mediada “Sözlərin dəyəri yoxdur” yazdı.

İkinci dövrədə “Barselona” “Real Madrid”i 2-0 hesabı ilə məğlub edərək İspaniya çempionu oldu. Yamal zədə səbəbindən oyunu buraxdı, lakin komanda ilə birlikdə idi. Növbəti gün Yamal “Barselona”nın ikinci qolundan sonra necə sevindiyini göstərən görüntüləri paylaşıb. Yamal Bellinqemin sözlərini təkrarlayaraq “Sözlərin dəyəri yoxdur” yazıb.

Seçilən
5
50
publika.az

10Mənbələr