Füzuli rayonunun Pirəhmədli kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, məbləğ 1 599 999 AZN-dir.
Sifarişçi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi, icraçı isə “Azsur Group” MMC-dir.
Tərəflər arasında müqavilə bağlanıb.
Cabir
Tarix: 12 May 2026, 09:08