AZ

Nikkei: Panama kanalı ilə neft daşımaları 74% artıb

2026-cı ilin aprel ayında Atlantik və Sakit okeanları birləşdirən Panama kanalı vasitəsilə neft və neft məhsullarının daşınması 2025-ci ilin orta göstəricisi ilə müqayisədə 74% artıb. Buna Hörmüz boğazının blokadası nəticəsində nəqliyyat axınlarının pozulması səbəb olub. Bu daşımalar əsasən ABŞ-nin şərq sahillərindən Fars körfəzi regionundan tədarükün kəskin azalması ilə üzləşən Asiya ölkələrinə yönəldilir. Bu barədə Yaponiyanın iqtisadi nəşri Nikkei məlumat yayıb.

Məlumata görə, apreldə Panama kanalı vasitəsilə gündəlik 1,77 milyon barelə qədər neft və neft məhsulu daşınıb. Bu, 2013-cü ildən statistikanın aparılmağa başlanmasından bəri qeydə alınan mütləq rekorddur.

Panama kanalı ilə Yaponiyaya neft və neft məhsullarının tədarükü 2025-ci ilin səviyyəsi ilə müqayisədə beş dəfədən çox artıb.

Hazırda bu marşrutun buraxılış imkanları demək olar ki, tam tükənib və kanalda böyük gəmi növbələri yaranır. Növbədənkənar keçid hüququ hərraclarda satılır və ödəniş artıq 1 milyon dollara qədər yüksəlib.

Panama kanalı yalnız kiçik və orta ölçülü tankerləri qəbul edə bilir. ABŞ-dən Asiya ölkələrinə gedən supertankerlər isə Afrikanın ən cənubundakı Ümid burnu marşrutu ilə hərəkət edir.

Seçilən
1
banker.az

1Mənbələr