AZ

Dövlət Su Ehtiyatları Agentliyinin rəqəmsal xidmətləri “mygov” platformasına inteqrasiya edilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

ADSEA-dan "APA-Economics"ə verilən məlumata görə, rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində bu gündən etibarən “e-Su” mobil tətbiqi fəaliyyətini dayandıracaq və rəqəmsal xidmətlər artıq “mygov” platformasında əlçatan olacaq.

Görülən işlərin əsas məqsədi vətəndaşlara təqdim olunan xidmətlərin əlçatanlığının artırılması, rəqəmsal proseslərin sadələşdirilməsi, eləcə də əlavə resurs və xidmət kanallarına ehtiyacın minimuma endirilməsidir.

Bu günədək Agentliyin 6 xidməti “mygov” platformasında vətəndaşlara rəqəmsal formada təqdim olunurdu. Hazırda isə mövcud xidmətlərlə yanaşı, qurumun daha 7 xidməti də platformaya inteqrasiya edilir. Növbəti mərhələlərdə mövcud rəqəmsal xidmətlərin təkmilləşdirilməsi və əlavə xidmətlərin “mygov” platformasına inteqrasiyası istiqamətində işlər davam etdiriləcəkdir.

“mygov” platformasında hazırda mövcud olan xidmətlər:
•​Abonent məlumatlarının dəyişdirilməsi,
•​Sayğac göstəricilərinin təqdim edilməsi və hesab-fakturanın formalaşdırılması,
•​Rəqəmsal müraciət,
•​Borcun araşdırılması üzrə müraciət,
•​Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi (arayış),
•​Su borcunun internet vasitəsilə ödənilməsi.
İnteqrasiyası davam etdirilən xidmətlər:
•​Su sayğaclarının plomblanmasına (quraşdırılması və ya dəyişdirilməsi) dair müraciət,
•​Su sayğaclarının təmiri və ya nasaz sayğacların dəyişdirilməsi müraciəti,
•​Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəzaya dair müraciət,
•​Əhali qrupuna aid yeni istehlakçının qeydiyyata alınması,
•​Abonentə aid məlumatların verilməsi (arayış),
•​Su sayğaclarının quraşdırılması müraciəti,
•​Su təchizatı və tullantı sularının axıdılması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti.

Qeyd edək ki, “mygov” bütün dövlət xidmətlərini tək bir mərkəzdə birləşdirərək vətəndaşlara vahid platforma kimi xidmət göstərir. Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin edir.

“mygov” mobil tətbiqini yükləmək üçün keçid: https://onelink.to/rryy4q
Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:
· LinkedIn
· Facebook
· Instagram
Agentliyin fəaliyyəti və yenilikləri ilə bağlı məlumatları sosial şəbəkələr vasitəsilə də izləmək mümkündür:
•​LinkedIn: https://www.linkedin.com/company/adsea-gov-az/
•​Facebook: https://www.facebook.com/adsea.gov.az
•​Instagram: https://www.instagram.com/adsea.gov.az

Seçilən
10
23
apa.az

10Mənbələr