AZ

Venesuela ABŞ-nin 51-ci ştatı olacaq? - Tramp açıqladı

ABŞ prezidenti Donald Tramp mübahisəli hərbi əməliyyatdan -Nikolas Maduronun ələ keçirilməsindən təxminən beş ay sonra müzakirəni yenidən qızışdırıb.

Bakıvaxtı.az-ın məlumatına görə,  o, “Fox News”a müsahibəsində bildirib ki, Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi ciddi şəkildə nəzərdən keçirir.

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges amerikalı həmkarına sərt cavab verib: 

“Biz venesuelalıların sahib olduğu bir şey varsa, o da müstəqillik prosesimizi, müstəqillik qəhrəmanlarımızı və ümumən qəhrəmanlarımızı sevməyimizdir”.

Keçmiş vitse-prezident əlavə edib ki, onun hökuməti mart ayında Vaşinqtonla diplomatik münasibətləri bərpa etdikdən sonra ABŞ ilə diplomatik əməkdaşlıq gündəliyi üzərində işləyir:

“Maduro bu münasibətləri yeddi il əvvəl kəsmişdi. İndi əlaqələr bərpa olunmaq üzrədir”.

Aydın

Seçilən
19
bakivaxti.az

1Mənbələr