AZ

Enerjinizi yüksəldin: Bürcünüzə görə seçməli olduğunuz rənglər

Hər bir rəng müəyyən enerjilər yayır. Bəzi rənglər sizi parlatdığı halda, bəziləri sizi görünməz edə bilər.

 

Pravda.az bildirir ki, bürcünüzə görə hansı rənglərin sizi ön plana çıxaracağını və daxili gücünüzü üzə çıxaracağını öyrənmək üçün bu siyahıya nəzər yetirin:

 

Qoç – Qırmızı

Qırmızı rəng Qoç bürcünün ruhunu əks etdirir və enerjisini hərəkətə keçirir. Bu, aktiv təbiətin və həyata olan həvəsin göstəricisidir. Diqqətdən kənarda qalmağı sevməyən Qoçlar üçün diqqətçəkən qırmızı rəng doğru seçimdir. Həmçinin, Qoçun idarəçi planeti olan Marsın "Qırmızı planet" kimi tanınması bu rəngin onlar üzərindəki təsirini sübut edir.

 

Buğa – Yaşıl

Yaşıl təbiəti, məhsuldarlığı, böyüməyi və yenidən doğuşu simvolizə edir. Bu rəng Buğa bürcünün təbiətlə qurduğu əlaqəni gücləndirərək ruhunu qidalandırır. Bahar fəslində dünyaya gələn Buğaların gücünü ortaya çıxaracaq rəng məhz yaşıldır.

 

Əkizlər – Sarı

Sarı ilhamın rəngidir. O, Əkizlərin ruhunu canlandırır, marağını artırır və parlaq fikirlər üçün ilham mənbəyi olur. Sarı rəng Əkizlər bürcünün ən böyük gücü olan düşünmə qabiliyyətini və fokuslanmanı artıraraq onları daha da gücləndirir.

 

Xərçəng – Gümüşü

Gümüşü rəng Xərçəng bürcünə saf, təmiz və büllur bir ruh bəxş edir. Bu rəng həssaslığı və anlayışı artıraraq şücaəti və şəfqəti ilə tanınan Xərçəngi daha da güclü edir. Sevgini həyatın dərinliklərinə daşımağa kömək edir.

 

Şir – Qızılı

Parıldayan qızılı rəng Şir bürcünün isti qəlbini yumşaldır və ruhunu gücləndirir. Lüks və ehtişam rəngi olan qızılı hər zaman güc və nüfuz simvolu olmuşdur. Bu rənglə Şir həm diqqətləri üzərinə çəkir, həm də səxavətli təbiətinə və nikbinliyinə güc qatır.

 

Qız – Qəhvəyi

Qız bürcü gücünü torpaqdan, yəni qəhvəyi rəngdən alır. Sabitliyi təmsil edən qəhvəyi rəng Qızın diqqətli və metodik baxış bucağını dəstəkləyir. Eyni zamanda, illər ərzindəki inkişafını bir torpaq kimi bəsləyir.

 

Tərəzi – Çəhrayı

Tərəzi bürcünün qəlbini açmasına və varlığını yüngülləşdirməsinə kömək edən rəng çəhrayıdır. Bu rəng Tərəziyə sakit və sevimli xasiyyət qazandırır, gündəlik həyatında daha harmonik rutin əldə etməsinə kömək edir.

 

Əqrəb – Qara

Qara rəng Əqrəb bürcünün sirli ruhunu dəstəkləyir və onun gizli təbiətini qorumağa kömək edir. Qara rəng Əqrəbin dərinliklərini təmsil edir, hadisələri axarına buraxmağı asanlaşdırır və özünü yenidən yaratma gücü verir.

 

Oxatan – Bənövşəyi

Sakitliyin və müdrikliyin rəngi olan bənövşəyi Oxatan bürcünün enerjisini tarazlamağa kömək edir. Bolluq və bərəkəti simvolizə edərək Oxatanın şansını artırır və dünyagörüşünü genişləndirir.

 

Oğlaq – Boz

Boz rəng Oğlaq bürcünün yolunu asanlıqla tapmasına dəstək olur, iradəsini və dözümlülüyünü möhkəmləndirir. Həyata qarşı bəzən neqativ olan baxış bucağını dəyişməyə kömək edir. Oğlaqlar qətiyyətli addımlar atmaq üçün həyatlarına boz rəngi dəvət etməlidirlər.

 

Dolça – Mavi

Mavinin sakitləşdirici gücü Dolçanın mükəmməl ideyalarını dəstəkləyir və narahat enerjisini neytrallaşdırır. İdarəçi planeti olan Uranın mavi rəngdə olması da Dolçanın gücünə güc qatır.

 

Balıqlar – Ağ

Sağalma və yenilənməni təmsil edən ağ rəng Balıqların şüuraltı ilə əlaqəsini gücləndirir. Onların onsuz da mövcud olan canlandırıcı enerjisini yüksəldir, ilham verir və qurduqları xəyalların reallaşmasına dəstək olur.

 

Əminə Bayramova

Tarix: 12 May 2026, 10:32   
Seçilən
49
pravda.az

1Mənbələr