AZ

Azərbaycan hərbçiləri minaya düşüblər

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Məhəmməd Hüseynov və Kamil Qaflanov xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. Oxuməni.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, yaralanan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunublar.

Hərbi qulluqçuların vəziyyəti stabil qiymətləndirilir, onların müalicəsi hərbi-tibb müəssisəsində davam etdirilir.

Almaz Həsənli

Seçilən
16
oxumeni.az

1Mənbələr