AZ

İbnəviziyanın urvatsızlaşması

Xəbər var ki, daha 5 ölkə “Avroviziya” yarışmasına qatılmayacaq.

Ona görə “daha 5 ölkə” yazıram ki, bundan əvvəl də bu mahnı yarışmasına qatılmayan ölkələr (Bosniya və Herseqovina, Slovakiya, Andorra, Şimali Makedoniya) vardı. İndi onların sırası daha da artır, İspaniya, İrlandiya, Niderland, İslandiya və Sloveniya da onlara qoşulur.

Neçə ildir ki, qardaş Türkiyə də “Avroviziya”ya qatılmır, çünki hökumət bu yarışmanı əxlaqi dəyərlərə, türkün sözü, aykırı sayır.

Gerçəkdən də son illər lap zayı çıxıb, yenə əvvəllər bir az ört-basdır edirdilər, avstriyalı Konçitanın qələbəsindən sonra ta gizlətmədilər ki, bu, əsasən cinsi azlıqların yarışmasıdır. Beləcə, hazırda “Avroviziya” arenasında cinsi azlıqlar çoxluqdadır.

Əvvəllər belə olmayıb. Yarışmada real kişi və qadınlar çıxış edirmiş və sənət qalib gəlirmiş. Sonradan işin içinə cürbəcür siyasətlər girib. Qonşuluq, müttəfiqlik, tarixi birlikdəlik, cinsi azlıqlara hörmət siyasətləri gül kimi müsabiqəni xarab edib.

Hazırda bu məsələdə hər şey əndazədən çıxıb. Ona görə də bəzi ölkələr daha yarışmaya qatılmaq istəmir, belə abırsızxanalarda iştirakı mentalitetə ziddi sayır.

İş nə yerdədir ki, adı çıxmış Niderland da artıq “Avroviziya”ya, necə deyərlər, şıllaq atır. Amma hollandların motivi cinsi azlıqlarla bağlı deyil, prinsip məsələsidir, İsrailin Qəzzaya hücumlarına görədir.

Elə yuxarıda adı çəkilən ölkələr də İsrailə görə yarışmaya qatılmaq istəmirlər, deyirlər, o ölkənin iştirakçısı Vyanada səhnəyə çıxıb oxuyacaqsa, bizim orada işimiz yoxdur.

Bircə adam Sloveniyadan şübhələnir. Deyəsən, İsrail bəhanədir, slovenlərin əli aşağıdır, yarışmaya bir ətək pul xərcləmək istəmirlər, ona görə boykot edirlər.

Beləcə, builki yarışmada cəmi 30 ölkə iştirak edir. Özü də bu il “Avroviziya”nın 70 illik yubileyi imiş. Daha təntənəli, təmtəraqlı olmalıykən, urvatsız alınır.

İndiki cavanlardan yaşı düşənlər bilər, biz ölkə olaraq o yarışmada çempion olmuşuq və 2012-ci ildə gurultulu, möhtəşəm yarışma təşkil eləmişik. Başqa illərdə yarışmada 2-ci, 3-cü, 4-cü, 7-ci yerləri tutduğumuz da olub. Şuşanı qaytarandan sonra axırdan 2-ci, 3-cü yerləri tuturuq, ya da heç final mərhələsinə keçmirik, avropalı qitədaşlarımız bizə səs vermirlər, ələnib qayıdırıq Bakıya.

Əslində 2012-ci ildən sonra xalqımız təmsilçilərimizin “Avroviziya”da uduzmağına görə pəjmürdə, pərt, dilxor və məyus olmur, hətta əksinə, əksəriyyət sevinir. Çünki 2012-ci ildəki haqq-hesaba görə kədərli xatirələrimiz var.

Düzdür, Avropadan gələn qonaqların qarşısına yaxşı çıxmışdıq, çox pul xərcləmişdik, hər nazlarını çəkmişdik, amma qanqaraçılıqlar da çox olmuşdu.

Birincisi o idi ki, qonşu dövlətlərlə üz-göz olmuşduq. İranda məscid axundları yarışmaya iki ay qalmışdan cümə xütbələrini bizə həsr edirdilər, deyirdilər, Bakı respublikasında din-iman əldən gedir, cinsi azlıqlar parad keçirəcək, qardaş şiə-müsəlman xalqının əxlaqı pozulacaq. Həmin vaxt hökumət rəsmilərindən biri (indi sabiq) çıxıb dedi ki, barı siz danışmayın, ibnəliyin kitabını yazmışınız. Pah! Qalmaqal böyümədimi? Sözü deyən adam təcili məzuniyyətə çıxası oldu.

O yanda Rusiya yarışmanı udduğumuza görə pərt olmuşdu, yarışmanın təşkilinə xərclədiyimiz pula görə ayrıca məyus idi. Axırda yarışmamıza Udmurtuya tərəfdən kənd klubunda mahnı oxuyan, bizim “Ay lolo, yar düymələri mərcan” şərqisini ifa edən nənələri xatırladan babuşkaları göndərdilər – yəni sizin layiqiniz budur. Allah tərəfi, onlar da gəlib “Hamı üçün şənlik” mahnısı ilə ikinci oldular.

Başqa qanqaraçılıqlar da vardı. Avropadan daraşıb ölkəmizə gəlmiş əcnəbi jurnalistlər nəyə görəsə bizi ifşa etmək, Avropaya layiq olmadığımızı isbatlamaq istəyirdilər. Şəhərin yaxşıca bəzədilmiş, səliqəyə salınmış mərkəzində bir şey tapa bilmirdilər, gedib ucqar yerlərdə, arxa məhəllələrdə çəkiliş aparırdılar ki, Bakının Kəlküttədən fərqi olmadığını göstərsinlər. Və bu, bizim xətrimizə dəyirdi. Biz ki Parisə gedəndə ərəb məhəllələrindən çəkilş etmirik (hərçənd o yerlərə heç polis polisliyi ilə daxil ola bilmir).

Ona görə də daha dadı-duzu qaçmış “Avroviziya”da qalib gəlmək istəmirik, sadəcə, qatılırıq ki, “Azərbaycan da Avropa ailəsinin üzvüdür” desinlər.

And içərəm ki, bu il “Avroviziya”ya 10-15 il əvvəlki auditoriyanın yarısı da baxmayacaq. Çünki artıq hansı ölkənin cinsi azlığının qalib gələcəyi maraqlı deyil.

P.S. Konçitanın qələbəsindən 10-15 gün sonraydı, Milandaydıq, parkda bir turistdən şəklimizi çəkməsini istədik. Bazburutli kişiydi, şəklimizi çəkdi, haralı olduğunu soruşduq, vyanalı çıxdı. Biz dərhal Konçitanı xatırladıq. Adam əvvəlcə çaşdı, sonra gülümsədi, başını bulaya-bulaya getdi. Deyəsən, ölkəsinin Konçita ilə tanınmasından pərt olmuşdu.

**

Dünya köhnə dünyadır, ibnələri təzədir və daha hörmətlidir.

 

Seçilən
10
musavat.com

1Mənbələr