ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
ABŞ Dövlət Departamenti Birləşmiş Millətlər Təşkilatının (BMT) aidiyyəti qurumlarını Qərb ölkələrinə qeyri-qanuni miqrasiyanın təşviqində ittiham edib.
Bizimyol.info xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsində yayılan açıqlamasında bildirilir.
Açıqlamada qeyd olunur ki, BMT agentlikləri sistemli şəkildə ABŞ və Avropaya kütləvi miqrasiyaya dəstək verib, halbuki bu ölkələrin vətəndaşları miqrasiyanın məhdudlaşdırılmasını tələb ediblər. ABŞ tərəfinin iddiasına görə, BMT strukturları və onların maliyyələşdirdiyi qeyri-hökumət təşkilatları Mərkəzi Amerika vasitəsilə ABŞ sərhədinə aparan “miqrasiya dəhlizi” formalaşdırıb.
Dövlət Departamenti bildirir ki, ABŞ xalqı kütləvi miqrasiya dalğasından əziyyət çəkdiyi halda, BMT strukturları yerində miqrantları ABŞ-ın cənub sərhədinə yönləndirib. Oxşar fəaliyyətin Avropa İttifaqı ölkələri və Böyük Britaniyaya miqrasiyanın təşviqində də müşahidə olunduğu iddia edilir.
ABŞ həmçinin BMT qurumlarının kütləvi deportasiyaların ictimai şəkildə tənqidini düzgün hesab etmir.
“ABŞ kütləvi miqrasiyanı təşviq edən qlobal razılaşmaları legitimləşdirməyəcək. Prezident Donald Trampın dövründə Dövlət Departamenti reemiqrasiyanı dəstəkləyəcək”, — deyə açıqlamada qeyd olunub.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.