AZ

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb

Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, 162,9 kilometr məsafəni əhatə edəcək üçüncü mərhələ Qəbələdə başlayıb Mingəçevirdə bitəcək.

İlk etapda Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko, ikincidə isə "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. 

Yarışa mayın 14-də Xankəndi şəhərində yekun vurulacaq.
 

Seçilən
86
11
fanat.az

10Mənbələr