AZ

Salyanın 3 aylıq hesabatı Rəsmi rəqəmlər açıqlandı

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Salyan rayonunda 2026-cı ilin birinci rübünün yekunları açıqlanıb. Rəsmi rəqəmlər rayon iqtisadiyyatının müxtəlif sahələrində artım olduğunu göstərir.Demokrat.az-ın məlumatına görə 2026-cı ilin yanvar-mart aylarında Salyan rayonu üzrə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 45 milyon 271,6 min manatlıq sənaye məhsulu istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çoxdur.Rayonda hesabat dövründə 40 milyon 158,5 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da real ifadədə illik müqayisədə 3,2 faiz artım deməkdir. Ümumi məhsulun 3 milyon 373,8 min manatı bitkiçilik, 36 milyon 784,7 min manatı isə heyvandarlıq sahəsinin payına düşüb. Aprelin 1-dək 3 min 819,9 hektar sahədə yazlıq əkin aparılıb.Heyvandarlıq sahəsində isə ilin ilk üç ayında diri çəkidə 3 min 374 ton ət, 11 min 419 ton süd və 7 milyon 414 min ədəd yumurta istehsal olunub. Süd istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz azalsa da, yumurta istehsalı 0,2 faiz artıb.Tikinti sektorunda əsas kapitala yönəldilən investisiyanın həcmi 16 milyon 134,8 min manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,2 faiz azdır. Ümumi sərmayənin 46,3 faizi dövlət, 53,7 faizi isə qeyri-dövlət sektorunun payına düşüb. İnvestisiyanın 14 milyon 621,3 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib.Nəqliyyat və anbar təsərrüfatı sahəsində göstərilən xidmətlərin dəyəri 1 milyon 813,2 min manat olub və real ifadədə 5,5 faiz artım qeydə alınıb. Yük daşınmasının həcmi isə 2,8 faiz artaraq 366,1 min tona çatıb.İnformasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 330,3 min manat təşkil edib. Bu sahədə əldə olunan gəlirin əsas hissəsi mobil telefon rabitəsinin payına düşüb.İstehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin ümumi dəyəri 146 milyon 553,9 min manat olub. Bunun 79,4 faizi pərakəndə ticarət dövriyyəsi, 18,9 faizi ödənişli xidmətlər, 1,7 faizi isə ictimai iaşə sektorunun payına düşüb.Pərakəndə ticarət dövriyyəsi 116 milyon 385,5 min manat təşkil edib. Bunun 68 milyon 444,3 min manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 47 milyon 941,2 min manatı isə qeyri-ərzaq mallarının satışından formalaşıb.İctimai iaşə dövriyyəsi illik müqayisədə real ifadədə 2,6 faiz artaraq 2 milyon 537,5 min manata yüksəlib. Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri isə 27 milyon 630,9 min manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çoxdur.Məişət xidmətlərinin həcmi 2 milyon 958,9 min manat təşkil edib və bu xidmətlərin hamısı fərdi sahibkarlar tərəfindən göstərilib.Hesabat dövründə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 106,1 faiz təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 5,6 faiz, qeyri-qida malları üzrə 6,1 faiz, ödənişli xidmətlər üzrə isə 6,8 faiz artıb.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
66
demokrat.az

1Mənbələr