AZ

Dünyanın ən isti 50 şəhərinin hamısı bir ÖLKƏDƏ

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Aprel ayının sonunda qeydə alınan məlumatlara görə, dünyanın ən isti 50 şəhərinin hamısı Hindistanda yerləşib.

BAKU.WS xəbər verir ki, AQI platformasının yaydığı hesabata əsasən, Yer kürəsində rekord həddə istilər müşahidə olunub. Bildirilir ki, planetin ən yüksək temperatur qeydə alınan 50 yaşayış məntəqəsinin hamısı Hindistan ərazisində olub.

Məlumata görə, normalda ilin ən isti dövrü hesab olunmayan apreldə Hindistanda orta maksimal temperatur 44,7 dərəcəyə çatıb. Ən yüksək göstərici Uttar-Pradeş ştatının Banda şəhərində qeydə alınıb. Burada termometrlər 46,2 dərəcə göstərib və həmin gün dünyada ölçülən ən yüksək temperatur kimi qeydə düşüb.

İqlim mütəxəssisləri bildirirlər ki, Hindistanın daxili bölgələrində müşahidə olunan isti hava dalğası apreldə yüzlərlə temperatur rekordunu yeniləyib. Alimlərin fikrincə, qlobal iqlim dəyişikliyi səbəbindən ölkədə yay mövsümü hər il daha tez başlayır və daha sərt keçir.

Ekspertlər xəbərdarlıq edirlər ki, 2050-ci ilə qədər Hindistanda temperatur göstəriciləri sağlam insanlar üçün belə "yaşamaq həddini" aşa bilər.

Qeyd olunur ki, ekstremal istilər xüsusilə yaşlılar, uşaqlar və açıq havada çalışan insanlar üçün ciddi təhlükə yaradır. Bununla yanaşı, yüksək temperatur kənd təsərrüfatı və səhiyyə sisteminə də ciddi təzyiq göstərir.

Hindistanın bu il enerji böhranı ilə də üzləşdiyi vurğulanır. Yaxın Şərqdəki müharibənin neft tədarükünə təsiri fonunda ölkədə soyutma sistemlərinə tələbatın artdığı qeyd edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
1
baku.ws

2Mənbələr