AZ

DSX əsgərinin ölümü ilə bağlı cinayət işi açıldı

ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Dövlət Sərhəd Xidmətinin (DSX) 2008-ci il təvəllüdlü hərbi qulluqçusu Hüseyn Həmzə oğlu Əsədovun ölümü ilə bağlı cinayət işi başlanılıb və hazırda istintaq aparılır.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, fakt üzrə istintaq prosesi davam edir və yekun nəticədən asılı olaraq müvafiq prosessual qiymət veriləcək. Dördpendirli pizza

Qeyd edək ki, 25 gün əvvəl həqiqi hərbi xidmətə çağırılan gənc əsgərin xəstəlik səbəbindən vəfat etdiyi bildirilir. Hadisənin bütün detalları istintaq çərçivəsində araşdırılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
4
yenisabah.az

5Mənbələr