AZ

Türkmənistanda inşa edilmiş “Gadamly” ilk quru yük gəmisinin rəsmi qarşılanma mərasimi keçirilir - FOTO - VİDEO

Azərbaycan Dəmir Yollarının Bakı Beynəlxalq Dəniz Limanında Türkmənistanda inşa edilmiş "Gadamly" ilk quru yük gəmisinin rəsmi qarşılanma mərasimi keçirilir.

Day.Az bu barədə Trend-ə istinadən xəbər verir ki, gəmi Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımalarının həyata keçirilməsinə cəlb ediləcək.

Yeni gəminin istismara verilməsi Orta Dəhliz, o cümlədən bu dəhlizin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı baxımından mühüm hadisə hesab olunur.

Yükgötürmə qabiliyyəti 6 100 ton olan və 240 ədəd 20 futluq konteyner daşımaq imkanına malik "Gadamly" gəmisinin istismara verilməsi Bakı Limanının illik yükaşırma göstəricilərinin artımına da müsbət təsir göstərəcək.

  • Türkmənistanda
  • Türkmənistanda
  • Türkmənistanda
  • Türkmənistanda
  • Türkmənistanda
  • Türkmənistanda
  • Türkmənistanda
  • Türkmənistanda
  • Türkmənistanda
  • Türkmənistanda
Seçilən
23
3
day.az

8Mənbələr