AZ

“Barselona”nın hücumçusu İspaniya çempionatları tarixində ən gənc qol vuran futbolçu olub

“Barselona”nın

Bakı, 9 oktyabr, AZƏRTAC

"Barselona"nın hücumçusu Lamin Yamal İspaniya çempionatında qol vuran ən gənc futbolçu olub.

AZƏRTAC xəbər verir ki, hücumçu ölkə çempionatının IX turunun “Qranada” ilə səfər matçında birinci hissədə əsas vaxtın ilk dəqiqəsində fərqlənib. Futbolçu 16 yaş 87 günlüyündə qol vurub.

Bundan əvvəlki nailiyyət 2012-ci ilin avqustunda 16 yaş 98 günlük olarkən “Malaqa” komandasında “Selta Viqo”ya (1:0) qol vuran Fabris Olinqaya məxsus idi.

Seçilən
471
2
azertag.az

10Mənbələr