AZ

Azərbaycanda dövlət torpaqlarının icarə məbləğlərinə tətbiq olunacaq güzəştli əmsallar açıqlanıb

Nazirlər Kabinetinin 8 may tarixli Qərarı ilə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin icarəhaqqı məbləğinə güzəştli əmsalların tətbiq olunmasına başlanılıb.

“Yən böyük torpaq sahələri üzrə 50%-ə qədər güzəşt nəzərdə tutulur. Söhbət Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icarəyə verilən torpaq sahələrindən gedir. Bunlara özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin, həmçinin hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri daxildir.

Layihə hazırlanmazdan əvvəl xidmət tərəfindən qərarın mümkün iqtisadi nəticələri təhlil olunub və nəticədə belə qənaətə gəlinib ki, bu dəyişiklik həm sahibkarlar, həm də dövlət üçün iqtisadi baxımdan faydalı olacaq”.

Onun sözlərinə görə, icarə haqqının azalması sahibkarların maraqlarına xidmət etməklə yanaşı, iri torpaq sahələrinin icarəyə götürülməsini stimullaşdıracaq:

“Bu isə istifadəsiz və ya səmərəsiz istifadə olunan torpaqların iqtisadi dövriyyəyə cəlb edilməsinə və nəticədə dövlət büdcəsinə daxilolmaların artmasına şərait yaradacaq.

Əvvəlki qaydalara əsasən Bakı şəhərində torpaq sahəsinin icarə haqqı onun bazar dəyərinin 3%-i, digər şəhər və rayonlarda isə 2%-i həcmində müəyyən edilirdi. Yeni dəyişikliklə bu qayda qüvvədə qalır. Sadəcə əlavə olaraq sahənin ölçüsündən asılı əmsallar tətbiq olunur və nəticədə torpaq sahəsi böyüdükcə icarə haqqı azalır. Əsas məqsəd iri torpaq sahələrinin icarəsini stimullaşdırmaq, istifadəsiz və ya səmərəsiz istifadə olunan torpaqları iqtisadi dövriyyəyə cəlb etməkdir”.

“Bakı üzrə bazar dəyərinin 3%-i, digər şəhər və rayonlarda isə 2%-i prinsipi qalır. Əmsallar isə yerləşmədən deyil, yalnız torpaq sahəsinin ölçüsündən asılı olaraq tətbiq olunacaq”, - deyə o əlavə edib.

"Cebheinfo.az"

Seçilən
22
2
cebheinfo.az

3Mənbələr