
Bu gün Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətinin Lakki Marvat şəhərində bazarda baş verən partlayış nəticəsində 7 nəfər həlak olub.
Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərdən ikisi polis əməkdaşı, beşi isə mülki şəxsdir.
Hadisənin səbəbi ilə bağlı rəsmi istintaq aparılır, partlayışın mahiyyəti barədə hələlik əlavə detallar açıqlanmayıb.
Daşqın HəsənovMissiya.Az