AZ

Ərəblər onu görmək üçün Rusiyaya axın etdilər: Ölkələrində yoxdur

2026-cı ilin birinci rübündə Yaxın Şərq ölkələrindən olan turistlər Rusiyaya səyahətlərini xeyli artırıblar. Söhbət əsasən Səudiyyə Ərəbistanı vətəndaşlarından gedir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, dekabr ayında vizasız rejimin tətbiq ediləcəyi elan olunduqdan sonra rusiyalı turizm şirkətlərinə Səudiyyə Ərəbistanından çoxlu sayda müraciətlər daxil olub.

“İnturist” turizm şirkətinin nümayəndələri qeyd ediblər ki, yanvar və fevral ayları ölkəyə gələn turistlərin sayı baxımından xüsusilə fəal olub. Buna səbəb kimi Rusiyaya birbaşa aviareyslərin açılması və səudiyyəli turistlərin qar görmək istəyi göstərilir.

Bundan başqa, vizasız rejim elan edildikdən sonra Çindən gələn turistlərin sayı da artıb. Onlar əsasən Rusiyanın Uzaq Şərq bölgələrinə, eləcə də Moskva və Sankt-Peterburq şəhərlərinə səyahət edirlər.

Seçilən
70
publika.az

1Mənbələr