Ekologiya.az-ın məlumatına görə, tədbir çərçivəsində nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, sürücülərlə maarifləndirici söhbətlər aparılıb. Onlara avtomobillərin texniki sazlığının daim nəzarətdə saxlanılmasının vacibliyi, eləcə də atmosferə atılan zərərli qaz tullantılarının yaratdığı fəsadlar barədə ətraflı məlumat verilib.
Yoxlamalar zamanı atmosferə normadan artıq zərərli tullantı ixrac edən nəqliyyat vasitələri aşkarlanıb. Həmin sürücülər barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.