AZ

Son 3 ildə İLK: Müharibədə dönüş nöqtəsi

“Ukrayana Prezidenti Volodimir Zelenskinin 9 mayda Moskvada Qırmızı Meydanda parad keçirmək üçün verdiyi "icazə" təkcə istehza kimi deyil, həm də döyüş meydanında dəyişən güc balansına görə güc nümayişi kimi qəbul edilə bilər. Rusiya ordusu ənənəvi  hücumuna başlamaq üçün heç bir əlamət göstərmir. Əksinə, ikinci aydır ki, əraziləri itirir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu “The Economist” yazır. Bildirilir ki, təxminən üç ildən sonra ilk dəfə olaraq müharibədə təşəbbüs Ukraynaya keçir.

Şəhərləri və elektrik şəbəkəsi demək olar ki, hər gecə kütləvi dron və raket hücumlarına məruz qalan sərt qışdan sonra Ukrayna vəziyyəti dəyişdirdi. Arxadakı infrastrukturun dağıdılmasından cəbhədəki itkilərə qədər Ukrayna Rusiyaya getdikcə daha ciddi ziyan vurur. 

"Bu, müharibədə dönüş nöqtəsi kimi özünü göstərir", - deyə London Kral Kollecinin fəxri professoru, hərbi ekspert Ser Lorens Fridman “The Economist”-ə bildirib. "Rusların səyləri nəticə verməməyə davam edərsə, bəzi ərazilərdə vəziyyətin çökməyə başlamasına təəccüblənmərəm”,-deyə o vurğulayıb.

Döyüş meydanında nəticələrin olmaması Ukrayna Silahlı Qüvvələri tərəfindən qurulmuş dron divarı ilə izah olunur ki, bu da ənənəvi itki nisbətini tərsinə çevirib. 

Keçmiş münaqişələrdə ənənəvi olaraq hər öldürülənə iki və ya üç yaralı düşürdüsə, Volodimir Zelenskinin dediyi kimi, indi Rusiya Ukrayna cəbhəsində hər yaralıya demək olar ki, iki ölü itirir. Lourens hesab edir ki, rus əsgərlərinin stoizmi və fatalizmi tükənir.

Hazırda cəbhə xəttindəki rus əsgərlərinin 80%-ə qədəri dronlar tərəfindən öldürülür. Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş hərbi analitiki Set Cons deyib ki, Rusiya ordusunda onsuz da pis qayğı göstərilən yaralılar ölməyə məhkumdurlar, çünki onları təxliyə etmək demək olar ki, mümkün deyil.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr