AZ

İki it sahibin 11 min manatlıq qızılını yedi

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Tailandda Pomeraniya cinsli iki it 11 min manatlıq zinət əşyalarını udub.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, itlərin sahibi yatmazdan qabaq qızıl zəncir halqalarını masanın üzərinə qoyub.

Səhərə yaxın isə itlərin zinnət əşyalarını çeynədiklərini görüb. Onların qarşısı alınana qədər itlər təxminən 9 min manatlıq qızılı udublar.

Rentgen müayinəsi Şabu və Yujini adlı itlərin mədələrində qızıl yığıldığını təsdiqləyib. Nəticədə itlər təcili şəkildə əməliyyat olunublar.

Rüfət Sultan, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
88
50
www.bakupost.az

10Mənbələr