AZ

Yuventus dan Bernardu Silvaya cəlbedici təklif DETALLAR

Fanat saytına istinadən ain.az xəbər verir.

"Yuventus" "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silvaya cəlbedici təklif göndərib.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira yayıb.

Mənbənin məlumatına görə, Turin klubu 31 yaşlı portuqaliyalıya 2028-ci ilin yayına qədər müddətə, mövsümə 6 milyon avro maaş və daha 2 milyon bonusu əhatə edən anlaşma təklif edib. 

Bonuslardan biri "Yuventus"un gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanması halında, digəri isə oyunçunun komandası və şəxsi nailiyyətləri üçün ödəniləcək. Müqavilədə anlaşmanın sonradan 2029-cu ilə qədər uzadılması seçimi də var.

Turin klubunun baş məşqçisi Luçano Spalletti Bernardu Silvanı klubun yay üçün əsas transfer hədəfi hesab edir.

Xatırladaq ki, "Mançester Siti" artıq portuqaliyalı futbolçunun mövsümün sonunda komandadan azad agent kimi ayrılacağını təsdiqləyib. 

Təcrübəli yarımmüdafiəçi bu mövsüm 49 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
fanat.az

2Mənbələr