AZ

Dəhşətli virus 190 nəfəri ÖLDÜRDÜ - Sürətlə yayılır

Nigeriyada yayılan Lassa qızdırması səbəbindən ölənlərin sayı artmaqda davam edir.

Musavat.com xəbər verir ki, ölkənin Xəstəliklərə Nəzarət Mərkəzi ilin əvvəlindən bəri virus səbəbindən 190 nəfərin həyatını itirdiyini açıqlayıb.

Məlumata görə, xəstəlik əsasən siçan və digər gəmiricilərin ifrazatı ilə təmas nəticəsində yayılır. Virus bəzi hallarda insandan insana da keçə bilir və ağır qanaxmalı qızdırmaya səbəb olur.

Rəsmi açıqlamada ölüm faizinin ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 25,2 faizə yüksəldiyi bildirilib. Mütəxəssislər gec diaqnoz, xəstələrin vaxtında xəstəxanaya müraciət etməməsi və tibb işçiləri arasında yoluxmaların vəziyyəti ağırlaşdırdığını qeyd edirlər.

Lassa qızdırması əsasən Qərbi Afrika ölkələrində yayılıb. Nigeriyada ilk dəfə 1969-cu ildə aşkarlanan xəstəlik hər il yüzlərlə insanın ölümünə səbəb olur.

Musavat.com

Seçilən
6
musavat.com

1Mənbələr