AZ

Dünya tarixində bir İLK YAŞANDI

Dünyada iqlim böhranı ilə bağlı narahatlıq artır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, son məlumatlara görə, aprel ayında Yer kürəsinin ən isti 50 şəhərinin hamısı Hindistanda yerləşib. Mütəxəssislər bildirirlər ki, bu, tarixdə ilk dəfə baş verir.

Hava keyfiyyəti və temperatur göstəricilərini izləyən AQI platformasının məlumatına əsasən, aprelin son günlərində Hindistanın bir çox bölgəsində temperatur 46 dərəcəni keçib. Ən yüksək göstərici Uttar-Pradeş ştatının Banda şəhərində qeydə alınıb. Burada termometrlər gündüz saatlarında 46,2 dərəcəyə çatıb.

İqlim üzrə ekspert Maksimiliano Herrera yaşananları “aprel ayı üçün indiyədək qeydə alınmış ən güclü isti hava dalğası” adlandırıb. Onun sözlərinə görə, yaxın günlərdə rütubətlə birlikdə hiss olunan temperaturun 60 dərəcəyə qədər yüksəlməsi həyati təhlükə yarada bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi səbəbindən yay mövsümü daha erkən başlayır və əvvəlkindən daha sərt keçir. Hesabatlarda qeyd olunur ki, 2050-ci ilə qədər Hindistanda istilər insan orqanizmi üçün kritik həddi aşa bilər.

Ekstremal hava şəraiti ölkədə enerji çatışmazlığı, su problemi və kənd təsərrüfatında ciddi risklər də yaradır. Meteoroloqlar xüsusilə yaşlıları, uşaqları və açıq havada çalışan insanları diqqətli olmağa çağırırlar.

Musavat.com

Seçilən
47
musavat.com

1Mənbələr