AZ

Küveytdə SEPAH-ın diversiya qrupu saxlanılıb

Küveytdə

Küveyt Daxili İşlər Nazirliyi çərşənbə axşamı bəyan edib ki, ölkəyə dəniz yolu ilə daxil olmağa çalışarkən saxlanılan bir qrup kişi dindirilmə zamanı İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus olduqlarını etiraf ediblər.

Xalqcebhesi.az xəbər verir ki, "KUNA" dövlət xəbər agentliyinin məlumatına görə, saxlanılan şəxslər müstəntiqlərə bildiriblər ki, onlara icarəyə götürülmüş balıqçı gəmisi ilə Bubiyan adasına çıxmaq və Küveytə qarşı düşmənçilik hərəkətləri törətmək tapşırılıb.

Bundan əvvəl Küveyt Müdafiə Nazirliyi ölkəyə dəniz yolu ilə sızmağa çalışan dörd diversantın həbs edildiyi barədə məlumat vermişdi.

Daxili İşlər Nazirliyi dəqiqləşdirib ki, qrup Küveyt silahlı qüvvələri ilə atışmaya girib, nəticədə bir hərbçi yaralanıb; daha iki şübhəli isə qaçmağı bacarıb.

Bubiyan adası Küveytin şimal-şərqində, İraq sərhədi yaxınlığında yerləşir.

Məryəm Quliyeva

Seçilən
45
xalqcebhesi.az

1Mənbələr