AZ

"Yuventus"un müdafiəçisi 3 İngiltərə nəhənginin transfer siyahısındadır

"Yuventus"un müdafiəçisi Andrea Kambyazo 3 İngiltərə nəhənginin trasnfer siyahısındadır.

Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.

Məlumata görə, onun xidmətində "Mançester Yunayted", "Liverpul" və "Arsenal" maraqlıdır. Mənbə Turin təmsilçisinin 26 yaşlı futbolçunun satışından 60 milyon avro qazanmağı hədəflədiyini də vurğulayıb.

Kambyazo 2022-ci ilin iyulundan "qoca sinyora"nın uğurları üçün çalışır. Bu mövsüm "ağ-qaralar"ın heyətində bütün turnirlərdə 45 matça çıxan arxa xətt oyunçusu 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. 

Nihat

Seçilən
23
1
fanat.az

2Mənbələr