AZ

“Azərbaycan yalnız işğalçını deyil, onun arxasındakı planları da məğlub etdi” - Tofiq Zülfüqarov

"Şəxsən mən prezidentin Zəngilandakı çıxışında bir məqamı xüsusi hiss etdim və bu, mənə təsir etdi. Prezident sanki vaxtilə səsləndirdiyi bir fikrə yenidən diqqət çəkmək istəyirdi. Yadınızdadırsa, zəfərimizdən danışarkən deyirdi ki, biz təkcə işğalçını məğlub etmədik, həm də onun arxasında dayanan böyük qüvvələrin planlarını dağıtdıq".

Redaktor.az xəbər verir ki, bu fikirləri keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi.

"Bu isə o deməkdir ki, dünyadakı bəzi fövqəlqüvvələrin kiçik dövlətlərə qarşı tətbiq etdiyi “konflikt menecmenti”, yəni münaqişələr vasitəsilə idarəetmə sistemi bu bölgədə Azərbaycan tərəfindən ciddi zərbə aldı. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etməyə nail oldu.

Bu, böyük bir qələbə və böyük bir zəfərdir. Biz həmişə, cənab Prezidentin də dediyi kimi, bu məsələdə son dərəcə həssas və diqqətli olmalıyıq".

Xədicə BAXIŞLI

Seçilən
39
redaktor.az

1Mənbələr