AZ

Əraqçı Yeni Dehlidə BRICS nazirlərinin iclasına qatılacaq​​​​​​​

Əraqçı

İranın Xarici İşlər naziri Abbas Əraqçı 14-15 may tarixlərində Hindistanın paytaxtında keçiriləcək BRICS ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin iclasında iştirak etməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Esmail Baqai India Today telekanalına müsahibəsində bildirib.

"Məndə olan məlumata görə, nazir bu mühüm tədbirdə iştirak etməyi planlaşdırır", — deyə o qeyd edib.

Baqainin sözlərinə görə, BRICS və ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) üzvləri kimi İran və Hindistan arasında "yüksək səviyyəli əməkdaşlıq və koordinasiya qurulub". "Bu görüş bizim üçün böyük əhəmiyyət kəsb edir", — deyə o vurğulayıb.

"Bundan əlavə, biz bu tədbirdə iştirak edəcək digər nazirlərlə də ikitərəfli görüşlər keçirməyi nəzərdə tuturuq", — deyə İran xarici siyasət idarəsinin rəsmisi əlavə edib.

Məryəm Quliyeva

Seçilən
20
1
xalqcebhesi.az

2Mənbələr