AZ

İrəvanda “Nikol, satqın!” qışqıran şəxs saxlanıldı VİDEO KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

İrəvanın Şenqavit rayonunda polis “Nikol, satqın!” şüarı səsləndirən Aram Manukyanı saxlayıb.

KONKRET.az xəbər verir ki, hadisə mayın 12-də baş verib.

Məlumata görə, Manukyan polis avtomobilinə könüllü minməyə hazır olduğunu bildirib. Buna baxmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları onun qollarına qandal vuraraq avtomobilət mindiriblər.

Bu zaman vətəndaş “Nikol, satqın!” şüarını səsləndirməyə davam edib.

Daha sonra o, Şenqavit polis şöbəsinə aparılıb.

Qeyd edək ki, hazırda məzuniyyətdə olan Ermənistanın baş naziri Nikol Paşinyan mayın 12-də hakim “Vətəndaş müqaviləsi” partiyasından deputatlığa namizədlər siyahısına rəhbərlik edərək Şenqavitdə seçkiqabağı təşviqat aparır.

Rəsmiyyə Şərifova,,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
konkret.az

2Mənbələr