Bakı, 12 may, AZƏRTAC
2024/2025-ci illər mövsümündə "Qarabağ"ın gəlirləri 12,7 faiz (34,75 milyon manat) artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Ağdam təmsilçisinin ilk dəfə açıqladığı Dayanıqlılıq Hesabatında yer alıb.
Bildirilib ki, ötən mövsüm klubun ümumi aktivlərinin həcmi 47,04 milyon manat təşkil edib.