AZ

Ekspert: Ukrayna və Azərbaycan enerji təhlükəsizliyi və infrastrukturun qorunması sahəsində əməkdaşlığı genişləndirə bilər

Bakı, 12 may, AZƏRTAC

Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın ən perspektivli sahələrindən biri kritik infrastrukturun qorunması və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq ola bilər.

Bu barədə ukraynalı politoloq Vladislav Olençenko AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında bildirib.

Onun sözlərinə görə, iki ölkənin liderləri arasında Bakıda keçirilən danışıqlar zamanı xüsusi diqqət pilotsuz uçuş aparatlarına qarşı mübarizə də daxil olmaqla, müasir enerji obyektləri mühafizəsi texnologiyaları sahəsində təcrübə mübadiləsi məsələlərinə yönəldilib. Ekspert qeyd edib ki, Ukrayna bu sahədə əhəmiyyətli praktik təcrübə əldə edib və Azərbaycanla texnoloji əməkdaşlıq və birgə layihələrlə bağlı variantları müzakirə etməyə hazırdır.

Verilişin qonağı vurğulayıb ki, Kiyevin bu cür texnologiyalarla bölüşməyə hazır olması iki dövlət arasında yüksək etimad səviyyəsindən xəbər verir. Olençenkonun fikrincə, enerji və infrastruktur sistemlərinin təhlükəsizliyini effektiv şəkildə təmin edə bilən ölkələr daha çox investisiya, texnologiya və beynəlxalq tərəfdaş cəlb edəcək.

Müəllif – Tamilla Məmmədova

 

Seçilən
31
1
azertag.az

2Mənbələr